Türkiyənin Şırnak bölgəsində PKK-ya qarşı hava hücumu həyata keçirilib.
Unikal.org xəbər verir ki, hücum zamanı 9 terrorçu zərərsizləşdirilib.
Şırnak Valiliyindən verilən açıqlamada bildirilir ki, 21 iyulda başladılan "Şəhid Nuri Şənər Əməliyyatı" davam edir. Bu gün keçirilən əməliyyat zamanı da PKK-nın 9 üzvünün öldürüldüyü bildirilib.