Bu gün Suriyada Rusiyanın "Russia Today telekanalının müxbiri ölüb, operator yaralanıb.
Unikal.org-un məlumatına görə, bu barədə telekanalın saytı məlumat yayıb.
Hadisə Suriyanın Hums vilayətində baş verib. Suriya ordusunun Humsda keçirdiyi əməliyyat zamanı süjet hazırlayan çəkiliş qrupu İŞİD terror təşkilatının raket zərbəsinə məruz qalıb. Nəticədə telekanalın müxbiri Xalid əl-Xatıb ölüb, operator yaralanıb.