Türkiyənin Şanlıurfa şəhərində molla Atatürkün heykəlinə hücum edib.

Unikal.org xəbər verir ki, polis əlində oraqla heykələ zərbə endirən mollaya müqavimət göstərsə də xeyli çətinlik çəkib.

Molla ətrafın yığılan insanlara müxtəlif suallar ünvanlayıb.

"Bütpərəstliyə sahib çıxanlar, Peyğəmbərə sahib çıxanlardır? Peyğəmbər nə etdi? Bütpərəstliyi ortadan qaldırdı, düz deyil? Siz niyə əsgəri və ordunu Atatürkün qarşısında baş əyməyə gətirdiniz? Peyğəmbərin qurduğu orduya, bütpərəstlikləmi qarşılıq verirsiniz? Əgər bu dövlət bütpərəstdirsə, onun bütpərəstliyi yıxılacaq. Siz müsəlman olduğunuzu iddia edirsinizsə və peyğəmbərə hörmət etdiyinizi deyirsinizsə, peyğəmbərdən xəbər gəldi ölkə rəhbərliyinə. Amma mediada xəbərlər yayılmadı- deyə o vurğulayıb.
Polislər heykələ hücum edən şəxsi çətinliklə də olsa, apara biliblər(A24.az).