Şərq Tərəfdaşlığı və Vışeqrad Qrupu ölkələrinin xarici işlər nazirləri Budapeştdə keçiriləcək növbəti görüşdə infrastrukturun inkişafı, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, eləcə də təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Unikal.org-un trend-ə istinadən məlumatına görə, nazirlərin bu formatda növbəti görüşü sentyabrın ortalarında Budapeştdə keçiriləcək.
Qeyd edək ki, Macarıstan iyulun 1-dən "Vışeqrad qrupu"nun sədridir.
Nazirlərin görüşündə həmçinin Aİ-"Şərq tərəfdaşlığı" sammitinə hazırlıq müzakirə ediləcək. Nazirlərin sonuncu görüşü aprel ayında Varşavada baş tutub.
Vışeqrad Qrupuna 4 ölkə - Macarıstan, Çexiya, Polşa və Slovakiya daxildir.
Şərq Tərəfdaşlığı ölkələri isə Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukraynadır.