Lənkəranda 6 günlük nəvəsini öldürərək quyuya atan nənə həbs olunub.
Unikal.org "Report"a istinadən xəbərə görə, Lənkəran Rayon Məhkəməsində hakim Fuad Sultanovun sədrliyi ilə məhkəmə iclası keçirilib.
İstintaqın gedişində cinayəti törətməsinə ciddi əsaslar olduğu müəyyən edildiyindən öldürülən 6 günlük körpə Mələk Nuriyevanın nənəsi Atifə Nuriyevaya barəsində dörd ay müddətinə həbs qəti imkan tədbiri seçilib.