Sumqayıtda qətlə yetirildiyi ehtimal olunan qadının şəxsiyyəti müəyyənləşib.
Unikal.org apa-ya istinadən məlumatına görə, araşdırmalar nəticəsində meyiti tapılan qadının 35 yaşlı Sevda Vidadi qızı Bayramova olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bu gün Sumqayıt şəhərinin Sülh küçəsində, şəhər Təhsil Şöbəsinin binası yaxınlığında qadın meyiti tapılıb. Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilib. Hadisə yerinə dərhal Sumqayıt şəhər Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu göndərilib. Hadisənin qətl olduğu ehtimal edilir. Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.