Daxili İşlər Nazirliyi Göygöl rayonunda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
Unikal.org nazirliyin saytında yerləşdirilən məlumatda bildirilib ki, ötən gün Göygöl rayonunun Yeni Qızılca kəndində Gəncə şəhər sakini Zaur Əliyev münaqişə zəminində arvadı Günelə və qaynanası Höküməyə bıçaqla xəsarət yetirib.
Sonra o, könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinə gələrək istintaqa təslim olub.
Günel hadisə yerində, Hökümə isə xəstəxanaya aparılarkən yolda ölüb.