Bakıda hamı çoxdan adət edib ki, ictimai nəqliyyat ətrafında daim qalmaqallar yaşanır. Gah sürücü kiməsə kobudluq edir, gah da sürücünün özünü döyürlər (bu yaxınlarda səs-küyə səbəb olmuş hadisəni xatırlamaq olar).
Unikal.org "Haqqin.aza istinadən xəbər verir ki, lakin bu gün baş vermiş hadisə bütün çərçivələrdən kənara çıxıb. Belə ki, "potensial sərnişin avtobusa bunun üçün ayrılmamış yerdə minmək istəyib. Sürücünün və digər sərnişinlərin iradlarına isə Hollivud personajlarının "ən yaxşı ənənələrinə uyğun olaraq tapança çıxarmaqla cavab verib.
Avtobus sürücüsünün soyuqqanlılığını qeyd etməmək olmur. O qorxmayıb və bu qorxmazlığı ilə əslində daşıdığı insanları xilas edib.
Ümid edək ki, hüquq-mühafizə orqanları şəhərdə odlu silahla dolaşan və dinc sakinlərə təhlükə törədən bu gənci axtarıb tapmaq üçün bütün zəruri tədbirləri görəcəklər, Nəqliyyat Nazirliyi isə bundan nəticə çıxaracaq və ictimai nəqliyyatda gediş-gəlişin təhlükəsizliyini artıracaq.