16 yaşına çatmayan qıza qarşı seksual xarakterli hərəkət etməkdə təqsirləndirilən şəxs aldığı cəzadan narazı qalıb. O, 1 illik həbs cəzasını ədalətsiz hesab edərək yenidən məhkəməyə müraciət edib. Məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmiş qızla barışıq əldə edib.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Nurlan İsmayılov Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, N.İsmayılov 16 yaşına çatmayan qonşusu R.M ilə birlikdə Sumqayət şəhəri, 36-cı məhəllə ərazisindəki bağçanın yaxınlığına qeyri-təbii yolla cinsi əlaqədə olub.
16 yaşına çatmayan şəxslə seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən N.İsmayılov bu hərəkətlərini bir neçə dəfə təkrarlayıb. Bir neçə il ərzində qonşusu ilə məhlələrindəki qarajların yaxınlığında görüşən 22 yaşlı Nurlan R.M ilə dəfələrlə qeyri-təbii yolla cinsi əlaqdə olub. Onun bu əməllərindən R.M-in yaxınları xəbər tutub. Bundan sonra N.İsmayılovdan hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Məhkəmənin hökmü ilə 1 il azadlqıdan məhrum edilən və aldığı cəzadan narazı qalan N.İsmayılov Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. O, apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin hökmünün ləğv edilməsini xahiş edib.
N.İsmayılovun şikayətinə hakim Nazim Mövsümovun sədrliyi ilə baxılıb. N.İsmayılov apellyasiya şikayətini onunla əsaslandırıb ki, barəsində çıxarılmış hökm qanunsuzdur və onun hüquqları kobud sürətdə pozulub. O, həmçinin məcburi köçkün olduğunu, atasının şəhid olduğunu söyləyib.
Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək qərara gəlib ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları tədqiq edərək tam, hərtərəfli və obyektiv qərar çıxarıb. Məhkəmə belə qənaətə gəlib ki, N.İsmayılov hüquqlarının pozulduğunu desə də bunu əsaslandıra bilməyib.
Tədqiq edilmiş sübutlarla - təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin,onun qanuni nümayəndəsinin və şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə psixoloji ekspertizalarının rəyləri və işə əlavə edilmiş sənədlərlə N.İsmayılovun əməli sübuta yetirilib. Məhkəmənin qənaətincə N.İsmayılovun hökmün təsvir hissəsində göstərilən hallarda on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmada və seksual xarakterli digər hərəkətlər etmədə təqsirli olması subuta yetirilib.
Cinayət işinin materiallarından görünür ki, məhkəmə baxışı təqsirləndirilən şəxsin və onun müdafiəçisinin iştirakı ilə keçirilib, N.İsmayılov törətdiyi cinayəti etiraf edib və peşman olduğunu bildirib.
Birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən onun əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib. Cəzasını ağırlaşdıran hallar olmayıb.
Məhkəmə kollegiyası N.İsmayılovun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən hallarını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun islah edilməsi və cəzanın digər məqsədlərinə nail olmaq üçün ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Məhkəmə yekun qərarında apellyasiya şikayətinin əsassız olduğu qərarına gəlib və şikayəti təmin etməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.