Bakıda ana və oğlu bıçaqlanıb.

Unikal.org report-a istinadən xəbər verir ki,  hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində, Mirzə Ələkbər Sabir küçəsində yerləşən evlərin birində yaşayan 1967-ci il təvəllüdlü Kazimova Gülsurə İzzət qızı və onun oğlu 13 yaşlı Kazımov Valeh Hüseynqulu oğlu bir neçə bıçaq xəsarəti alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə barədə Xəzər Rayon Polis İdarəsinə məlumat verilib. Polisin apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, hadisəni törədən şəxs G.Kazımovanın oğulluğudur.

Faktla bağlı araşdırma aparılır.