İclasda hakim N.Qulibəyovaya "niyə orada əyləşmisən" sualı ilə müraciət edib.

Unikal.org report-a istinadən  xəbər verir ki, qadın suala "bilmirəm" deyə cavab verib.

O, daha sonra bunları söyləyib: "Sektaya gedəndə demişdilər ki, İsa peyğəmbər gələndə bütün ölən şəxslər qiyamətdə diriləcək. Həmin gün uşaq xəstə idi. Ona qızdırma dərmanı verdim. Sonra uşağın halı pis oldu. Bu haqda Simaya zəng edib dedim. O da dedi ki, qorxma düzələcək. Uşağımın əl-qolunu bağlamamışdım. Sadəcə dərman verdim ki, sağalsın".

Hakim N.Qulibəyovaya "İsa peyğəmbər həmin gün gələcəkdi?" sualını verib. Təqsirləndirilən şəxs də "elə bilirdim ki, İsa peyğəmbər həmin gün gələcək" cavabını verib: "İsa peyğəmbəri əvvəllər görmüşdüm".

Məhkəmə prosesi avqustun 28-də davam etdiriləcək.

11:31

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, N. Qulubəyova oğlunun bədənindən cinləri çıxarmaq adı ilə onu boğduğunu deyib.

Təqsirləndirilən N. Qulubəyova hadisə barədə danışmaq istəmədiyini deyib və özünü pis hiss etdiyini bildirib. O, məhkəmə zamanı əl-qolla hərəkət etməsinin səbəbini gözünə müəyyən şeylərin görünməsi ilə əsaslandırıb.

Sonra prosesdə şahid ifadə verib.

Qeyd edək ki, xristian yönümlü təriqətin üzvü olan 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib.