Bakıda "Lukoil" yanacaqdoldurma məntəqələrinə məxsus yanacaq daşıyan avtomobili idarə edən sürücü insanların həyatını təhlükəyə atıb.

Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, hadisə avqustun 8-də "Dərnəgül yolu"nda - Ziya Bünyadov prospektində baş verib.

Videodan aydın olur ki, 10 ZH 844 dövlət nömrə nişanlı yanacaq daşıyan yük avtomobili yüksək sürətlə hərəkət edir.

Sürücü sağ-sol manevrlər edərək təhlükəli yerdəyişmələr edir, qəza şəraiti yaradır.