UEFA Çempionlar Liqasının qrup mərhələsinə düşən "Qarabağ"ın futbolçuları tarixi uğuru qeyd edib.

Unikal.org-un məlumatına görə, futbolçularımız soyunub-geyinmə otağında tarixi uğuru bayram edib. Qara Qarayevin öz şəxsi hesabından paylaşdığı videonu minlərlə insan izləyib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinə təmsilçimiz "Qarabağ həlledici qarşılaşmaya çıxıb. Qurban Qurbanovun komandası səfərdə "Kopenhagenin qonağı olub. Qarşılaşmadan 2:1 hesabı ilə uduzan Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığı üçün turu keçən komanda oldu. "Qarabağ növbəti dəfə tarix yazmaqla Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.