Dövlət Avtomobil Nəqliyyatı Xİdmətinin Ucar Regional şöbəsinin əməkdaşları Kürdəmirdə reyd keçirdi.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, iri və xırda tutumlu avtonəqliyyat vasitələri yoxlanılmaq üçün saxlanıldı.

Bəzi sürücülərin bilet olmadan sərnişin daşıdığı məlum oldu.

Rəşad Şəfiyev - Aparıcı məsləhətçi: "Bu gün işimiz düz gəlməyib ona görə. Keçin günahımızdan, axırıncı dəfə olar".

Reydin keçirilməsində əsas məqsəd avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən sahibkarları fərqlənmə nişanlarının alınmasına cəlb etməkdir.

Reydlərin mütamadi olaraq təşkili nəzərdə tutulur.