"Oyuna yaxşı hazırlaşmışdıq. Təəssüf ki, nəticə istədiyimiz kimi olmadı. Hərçənd matça yaxşı başlamışdıq".
Unikal.org "Report"a istinadən bildirir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev səfərdə Norveçə 0:2 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra deyib.
"Qarabağ"ın yeni transferi məğlubiyyətin səbəbini açıqlayıb:
"Penaltidən buraxdığımız qol qırılma anı oldu. Vəziyyəti düzəltmək üçün komandamız irəli atıldı. Bu zaman boş zonalar yarandı. Rəqib bundan yararlanaraq, ikinci qolu vurdu. Nəticədən məyusuq".
Qeyd edək ki, Ramil Şeydayev ikinci hissədə meydana çıxıb.