"Çelsi" Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la keçirəcəyi matçın biletlərini satışa çıxarıb.

Unikal.org-un klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, "zadəganlar", həmçinin biletlərin qiymətlərini də açıqlayıb.

18 aylıq fasilədən sonra avrokuboklara dönüşünü qeyd edəcək London təmsilçisi Azərbaycan çempionu ilə matçın biletlərini 35 funt-sterlinqdən, yəni 75 manatdan satışa çıxarıb.

Uşaqlar və yaşlılar üçün biletlərin qiymətində güzəşt nəzərdə tutulub. Belə ki, onlar qarşılaşmanı tribunadan izləmək üçün 17,5 funt-sterlinq (38,5 manat) xərcə düşməli olacaqlar.

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" oyunu sentyabrın 12-də keçiriləcək.