Almaniyanın Hamburq şəhərində kişi boksçuların dünya çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, mundiala 4 idmançı ilə qatılan millimiz iki medal qazanıb.

Unikal.org ən ağır çəkidə yarışan və bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olan Məhəmmədrəsul Məcidovun "Apasport"a müsahiəsini təqdim edir:
- Qələbə münasibətilə təbrik edirəm. Nə hiss edirsiniz?

- Təşəkkür edirəm. Çox xoş, çox gözəl hisslərdi. Azərbaycan adına üçüncü qızıl medalı qazandığım üçün fəxr edirəm. Məni dəstəkləyən, azarkeşlik edən hər kəsə minnətdaram.
- Həlledici döyüş necə keçdi?

- Əlbəttə ki, asan deyildi. Ancaq əla hazırlaşmışdım. Məşqçilər heyətinin və rəhbərliyin dəstəyini mütləq qeyd etməliyəm. Bütün bu nüansların köməyi ilə qələbə qazana bildim.
- Komanda yoldaşlarından bəziləri hakim ədalətsizliyi səbəbindən məğlub oldu. Bu barədə nə deyə bilərsiz?

- Düzünü deyək ki, bizim uşaqlardan heç biri uduzmadı. Hər biri layiqli mübarizə apardılar, döyüşdülər. Bir bürünc medalımız da var. Buna görə də düşünürəm ki, yaxşı nəticə qazanmışıq.
- Komanda hesabında Avropa ölkələri arasında hər kəsi qabaqladınız...

- Bəli, Avropada birinci yerdə qərarlaşdıq. Dünyada isə 4-cü olduq. Mundiala cəmi 4 idmançı ilə yollansaq da, bu, əla nəticədi.
- Hakimlik haqqında nə deyə bilərsiniz?

- Hakimlik haqqında nə deyə bilərəm? Mənə qarşı bir qərəz olmadı.