Bir neçə müddətdir transfer qalmaqalı yaşayan Arda Turan canlı yayımda iştirak edib.

Unikal.org xəbər verir ki, futbolçu "Barselona"da qalacağını bildirib.

Arda Turan deyib: "Türkiyədə "Qalatasaray"ın bütün tərəfdarları mənim qayıtmağımı istəmir. Mən komandaya ziyan vurmaq istəmirəm. "Barselona"da qalacağam".

"Qalatasaray"ı evi adlandıran futbolçu deyib: "Bütün ölkədən performansımız üçün üzr istəyirəm. Mənim səhvim var, səhvlərimin cəzasını çəkirəm. "Barselona"da oynayan futbolçu olaraq Dünya Çempionatına gedə bilmirəm. Ölkəmiz bizə nə vaxt güvənəcək? Mən niyə indi canlı yayıma bağlandım? Susduqca bəzi şeyləri qəbul edirik sanırlar".

Türkiyənin sosial mətbuatından şikayət edən futbolçu tərəfdarların onu istəmədiyini bildirib: "Mən komandaya ziyan vurmaq istəmirəm. Burada qalacağam. Çalışıb heyətə də düşərəm. Heç kəs narahat olmasın".