Ağdamın "Qarabağ komandası Peşəkar Futbol Liqasına müraciət edib.
Unikal.org xəbər verir ki, ölkəmizi qitənin ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ ilk oyuna daha yaxşı hazırlaşmaq məqsədi ilə Azərbaycan Premyer Liqasının dördüncü turunda keçiriləcək "Səbail ilə matçının başqa tarixə keçirilməsini istəyib.
Bunu nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində sentyabrın 8-də keçirilməsi nəzərdə tutulan "Səbail-"Qarabağ qarşılaşmasının dekabrın 8-nə keçirilməsi qərarını qəbul edib.