Prezident İlham Əliyev Mövlud Ocaqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycanda musiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mövlud Vəli oğlu Ocaqova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.