Gəncə Dövlət Dram teatrı 123-cü mövsümünü A. P. Çexovun "Vanya dayı pyesinin tamaşası ilə açıb.
Unikal.org xəbər verir ki, bu barədə teatrın direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Əli Qasımov məlumat verib. Onun sözlərinə görə, yeni mövsümün açılışında yaradıçı kollektiv Gəncə Dövlət Dram teatrının baş rejissoru İradə Gözəlovanın quruluşunda yeni səhnə əsərini nümayiş etdirib.
Tamaşa teatrsevərlərə yeni mövsümdə ilk dəfə olaraq təqdim edilib.
Tamaşada əsas rolları xalq artisti Alim Məmmədov, əməkdar artistlər Ramiz Vəliyev, İlham Hüseynov, Novruz Cəfərov, aktrisalar Rəhilə Məmmədova, Kəmalə Məmmədova, Sevinc Hüseynova ifa ediblər.
123-cü teatr mövsümünün acılışı münasibətilə yaradıçı kollektivi türk yazıcısı Tuncer Cucenoğlu, Batumidən rejissor Rezo Berikebi, Kerkük Dövlət teatrından Ferudin Akkoyunlu, Moskva Dövlət Dram teatrının yaradıçı kollektivi eləçə də Qazax və Mingəçevir Dövlət Dram teatrlarının yaradıçı kollektivləri təbrik etmişlər. Mövsümün acılışında Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, millət vəkilləri və şəhər ictimaiyyəti iştirak edərək yaradıçı kollektivə uğurlar arzulamışlar. Tamaşa böyük maraq və alqışlarla qarşılanmışdır.
Xatırladaq ki, yaradıçı kollektiv həmçinin həftə ərzində Şəfayət Mehdiyevin "Sabir, Sahib İbrahimlinin "Sadığın toyu, Ofelya Mədətqızının "Sevgi ölmür, Əli Əmirlinin "20 ildən sonra tamaşaları ilə teatrsevərlərin qarşısında cıxışlar edəçək.