***10:02
Sabiq Nəqliyyat naziri Ziya Məmmədov evini satışa çıxarıb.
Unikal.org bildirir ki, o "Nizami" metro stansiyasının yaxınlığında, Xarici İşlər Nazirliyinin arxa tərəfində yerləşən tikilidəki 250 kv.m sahəsi olan mənzilini 750 min manata satır.
Z.Məmmədovun evini hansı səbəbdən satdığı açıqlanmır.
Qeyd edək ki, sabiq nazir hazırda Şüvəlanda bağ evində yaşayır.
Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov evinin satışa çıxarılması barədə yayılan xəbərlərə münasibət bildirməkdən imtina edib.
Z.Məmmədov "Ölkə.Az"-a açıqlama verməklə bağlı xahişinə isə "indi də açıqlama yerinə bağlama alarsan" deyə cavab verib.
Daha sonra isə Ziya Məmmədov telefonu söndürüb.