Xəbər verdiyimiz kimi, Türkiyədə fahişələrə qarşı polis əməliyyatı keçirib. Əməliyyat zamanı saxlanılanlar arasında Zuhal Topalın evlilik proqramının məşhur bəy namizədi Birkan (23) da var. İstintaq zamanı məlum olub ki, Birkan K. onunla sözügedən verilişdə iştirak edən bir azərbaycanlı qadını fahişəliyə məcbur edirmiş.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanıldıqdan sonra Adanaya gətirilən Birkan polis nəzarətində olmaq şərti ilə sərbəst buraxılıb.
Birkan K Azərbaycanlı qadını fahişəliyə necə gətirməsi ilə bağlı bəzi detallarda bəlli olub.
Belə ki, Adanada polis fahişəlik təklif edən bir neçə sayt aşkarlayıb. Birkanın iki qadını əxlaqsızlıq üçün sayta gətirdiyi də ortaya çıxıb. Onlardan biri azərbaycanlı olub.
Bəy namizəd Birkan K. iştirak etdiyi izdivac proqramında ona talib olan Günel K-yı əxlaqsızlıq üçün sayta gətirdiyi iddia olunsada Azərbaycanlı qız bunun əksini söyləyib.
Azərbaycanlı olduğu üçün escorts saytına elan pulunu yatıramayan Günel K. yerinə ödənişini Birkan K edib.
Günel K. Birkan K-yı müdafiə edərək polisə belə izahat verib:
"Birkan K yerimə ödəniş etsədə bunun mənim fahişəliyimə görə etdiyini bilmirdi.
Elə buna görə də, Birkan K polis nəzarətində olmaq şərtilə sərbəst buraxılıb.
Qeyd edək ki, Birkanın evlilik verilişində yer alan azərbaycanlı Esmira ilə yataq fotoları yayılmışdı.