"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında və "Turizm haqqında qanun layihələri parlamentin payız sessiyasının plenar iclasının gündəliyinə salınacaq.
Unikal.org-un "Reporta istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun layihəsi, demək olar ki, hazırdır.
H.Rəcəbli qeyd edib ki, "Turizm haqqında qanun layihəsinin ikinci oxunuş üçün plenar iclasa çıxarılması üçün hazırda ciddi işlər görülür: "Layihə hökumətə göndərilib və oktyabr ayı üçün plenar iclasın gündəliyinə salınacaq.