"Bir yerdə gəzməyə çıxırıq. Məclislərə də birlikdə gedirik. Ailə qurduqdan sonra harasa getmək mənim üçün daha maraqlı olub.
Unikal.org-un məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi ARB Ulduz-un "Şou məkan" verilişində deyib.
Sənətçi və həyat yoldaşı, reper Səid Əliyev (Dado) evliliklərinin saxta olması ilə bağlı söz-söhbətə münasibət bildiriblər:
"Yalan xəbərlər yayırlar. Çünki məndən eşitmədikləri, xəbər almadıqları yerdəməlumatı bu qədər insanın öhdəsinə buraxmaq səhv addımdır. Qınayıram, olmaz. Əgər belə bir şey varsa, bunu mən deməliydim. Yalançı jurnalistlər kimi tanındılar həmin insanlar. Bu qədər ciddi mövzuda bu cür hərəkət etmək olmazdı.
Heç kimə cavab verməyəcəm. Kim necə fikirləşmək istəyir, dünyanı necə görür, elə də görəcək. Kim səni yaxşı görmək istəyirsə, yaxşı görəcək. Allah hər kəsin ürəyinə görə versin. Bizim haqqımızda kim nə düşünürsə, o, onun şəksi fikridir. Məni qətiyyən maraqlandırmır. Mən özümü və həyat yoldaşımı yaxşı tanıyıram.
O, reperdir. Onun qatıldığı tədbirlər, ifa etdikləri, onun olduğu məkanlar tamam ayrıdır, mənimki tamam ayrı. Nə mən onun sənətinə müdaxilə edirəm, ya da edə bilərəm, nə də o, məndə hansısa səhv gördü ki, onu düzəltsin. Çünki hər şey illərdir öz yolu ilə gedir.
S.Əliyev evliliklərinin reklam olmadığını söyləyib:
"Natavan çox tələbkardır. Çox təmizkardır. Biri var təmizkar, biri də var çox təmizkardır sözlərini deyib.
Bu evlilikdə reklamlıq bir şey yoxdur. Natavanın reklama ehtiyacı yoxdur. Bu, reklam üçün edilə bilməzdi. Ağlı başında olan adam bunu anlayar.