Türkiyənin məşhur "Enbe Orkestrinin azərbaycanlı solisti Fərid Mərd yeni klip ərsəyə gətirib.
Bu barədə unikal.org oxu.az-a istinadən bildirir ki, bu barədə müğənni özü məlumat verib.
"Sözləri və musiqisi mənə məxsus olan, 2012-ci ildə bəstələdiyim "Ritmini tutdum adlı mahnıya özüm lentə aldığım kadrlardan ibarət klip çəkmək qərarına gəldim. Azərbaycanda yaşadığım illərdə bu mahnını bir çox radio və televiziyalarda səsləndirmişdim və maraqla qarşılanmışdı, - deyə o bildirib.
Qeyd edək ki, Fərid Mərd 2015-ci ildən "Enbe Orkestrində çalışır. "Enbe Orkestri - Türkiyə və digər ölkələrin musiqiçilərindən ibarət qrupdur. Bu günə qədər Barry White, Richard Clayderman, Christian Adam, Goran Bregoviç, Pavarotti, Domingo, Monica Molina, Gloria Gaynor və digər dünya şöhrətli ifaçılarla birgə konsert verib.