Son zamanlar yeni mahnıları sayəsində adından söz etdirməyi bacaran ifaçı Sabina Selcan yeni hit mahnısını təqdim edib.


Unikal.org-a açıqlama verən ifaçı "Əyninə mahnısından danışıb:

"Düşündük ki, mahnının adı belə olsun. Sevə bilməyəcəkdinsə sonunadək axı niyə girdin qəlbimə. Sevgi çox dar libas hər insan geyinsə gəlməz əyninə ... Gözəl sözlərdir. Məntiq var sevə bilməyən sevməz. Əyninə bir paltar gəlmirsə, geyinmə ... Yəni hər kəs ayağını yorğanına görə uzatsa, həyatları da daha rahat və uyğun olar.

Sabina Selcan klip dənizdə çəkilsə də, sizi çimərlik geyimində görmədik sualına cavab verib: " Yox ehtiyac yoxdur. Şükür Allaha mənim səsim var. Heç səsim olmasaydı da, soyunmazdım ! Nə olsun dəniz kənarıdır, amma mənim mahnım sanballı, çətin ifa tərzi tələb edir. Düzdür mahnı çox qıcıq yaratdı, səs-küyü də bilirəm çox olacaq.

Sonda ifaçı klipin ərsəyə gəldiyi üçün təşəkkür edib: "Söz və musiqi üçün Səbinə Urfana, klip çəkilişi üçün rejissor Nicat Abbasova, operator Ruzi İsmayılova, montajçı Anar Cavidana və bütün komandama təşəkkür edirik.