Topaz Premyer Liqasının 6-cı turunda keçiriləcək "Sumqayıt - "Qarabağ oyununun yeri dəyişdirilib.

Unikal.org xəbər verir ki, matç əvvəlcədən nəzərdə tutulduğu kimi "Kapital Bank Arena yox, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Dəyişikliyə səbəb sentyabrın 27-də Çempionlar Liqasının II turunda "Romanı qəbul edəcək "Qarabağ futbolçularının Sumqayıtdakı süni örtüklü meydançada mümkün zədələrdən yayınmalarıdır. Bakı Olimpiya Stadionu da Respublika stadionu kimi təbii örtüklüdür.

Qarşılaşma sabah saat 19:00-da başlayacaq.

Qeyd edək ki, 6-cı turda meydan sahibi "Qarabağ, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi isə "Sumqayıt olacaq.