Uzun müddətdir Faytonçu Nazim səhhətindəki problemlərlə bağlı efirdən uzaqlaşmışdı.
Unikal.org a24.az-a istinadən xəbər verir ki, o, Azərbaycanda həkim səhvi ucbatından xəstə olduğunu və yalnış müalicə ucbatından səhhətində problemlərin daha da kəskinləşdiyindən gileylənib.
ARB telekanalında "Səhər-Səhər verilişində qonaq olan müğənni onu yanlış müalicə edən həkimi məhkəməyə verdiyindən danışıb. Həkimi müdafiə edən jurnalist Tahirə ilə müğənni arasında qalmaqal yaranıb.