Ötən gün Türkiyə gözəli seçilən İtır Esenin tacı əlindən alınıb.
Unikal.org-un hürriyyet.com.tr-yə istinadən məlumatına görə, bu barədə müsabiqənin idarə heyəti rəsmi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, dünən keçirilən yarışmada qalibi olan İtır Esenin sosial şəbəkədə 15 iyul şəhidləri ilə bağlı paylaşımı incələnərək onun tacı əlindən alınıb. Onun tacı 2-ci yeri tutan Aslı Sümənə verib.
Qeyd edək ki, İtır Esen bu gün sosial şəbəkədə yazdığı statusu gündəm yaradıb. O, 15 iyul şəhidlərini təhqir etdiyi qənaetinə gəlinib.