Unikal.org bildirir ki, ARB TV-nin "Günə davam" verilişinə qonaq olan xalq artisti Nazpəri Dostəliyeva evinə girən oğrulardan danışıb.
O, bildirib ki, oğrular onun ətrafından olmayıb: "Onlar mənim evimə girəndə pioninonun üstündə atamın sazını görüblər. Onlar özləri mənə dedi iki, həmin sazın atanızın olduğunu biləndən sonra bu işdən əl götürməyə qərar verdik. Bundan sonra başa düşdük ki, sizin evinizə girmişik. Bu dəqiqə onlara ürəyim ağrayır. Çox gənc və idmançı idilər. Bilmirəm nə üçün bu yola əl atıblar".