Bizim artıq Avro-2017-nin 1/4 final mərhələsində olmağımız haqqında danışmaq üçün hələ tezdir. Sentyabrın 24-ü bizi Azərbaycan yığması ilə qrupun ən çətin oyunu gözləyir.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, bunu Polşa yığmasının məşqçisi Yatsek Navrotski Macarıstan üzərində qazandıqları 3-1 hesablı qələbədən sonra deyib.
O, bildirib: "Bəli, bizim 2 oyundan sonra 5 xalımız var. Lakin Azərbaycan yığmasında oyunun nəticəsini dəyişə biləcək qədər güclü voleybolçular var".
Onun sözlərinə görə, Macarıstanla oyunun bəzi komponentləri Polşa yığmasının zəif tərəflərini göstərdi və bu zəif tərəfləri sabahkı görüşə qədər yığışdırmaq lazımdır.
Avro-2017-nin favoritləri arasında o, Serbiya, Hollandiya, Rusiya, Türkiyə və İtaliya yığmalarının olduğunu bildirib: "Əlbəttə, mən Azərbaycan komandasını unutmuram, onlar çox güclü və təhlükəlidirlər".