Gəncə Dövlət Dram teatrı özünün 123-cü teatr mövsümündə Ofelya Mədətqızının "Sevgi ölmür lirik dramının ictimai baxışını tamaşaçılara təqdim edib.
Bu barədə unikal.org-a teatrın direktoru respublikanın əməkdar mədəniyyət işçisi Əli Qasımov məlumat verib.
Onun sözlərinə görə, pyes iki gəncin bir-birinə olan saf məhəbbətindən bəhs edir. Hadisələrin cərəyanında saf sevginin məhv olunmasına calışan qüvvələr də mövcuddur. Gənclərin bu sevgisinin qarşısında isə zaman və məkan çox aciz görünür. Belə ki, avtomobil qəzası keçirən Nərgizin yenidən həyatda yaşamaq və mübarizə aparmaq əzmini dostu Rüstəm daha da artırmış olur. Hadisələr olduqca maraqlı və ardıçıl şəkildə davam edir. Sonda Nərgiz və Cəfər öz xoşbəxt həyatlarına qovuşmaq imkanı qazanırlar.
Tamaşada əsas rolları respublikanın əməkdar artistləri Salamulla İsmayılov, Sevda Orucova, aktrisalar Rəhilə Məmmədova, Günay Cabbarova, Sevinc Hüseynova, aktyorlar Şahmar Məmmədov, Murad Meyfəliyev ifa edirlər.
Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, rəssamı Vahab Cəfərov, musiqi tərtibatı isə Tünzalə Mustafayevaya məxsusdur.
Xatırladaq ki, A. P. Cexovun "Nazənin (Qadası) mono-tamaşası üzərində də son yaradıçılıq işləri davam edir. Mono-tamaşada respublikanın xalq artisti Pərvanə Qurbanova cıxış edəçək. Mono-tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru İradə Gözəlovadır. Mono-tamaşa yaxın vaxtlarda teatrsevərlərə təqdim olunacaq.