ABŞ-da qətlə yetirilən ukraynalı model İyana Kasianın ölümüylə bağlı tibbi ekspertizanın rəyi açıqlanıb.
Unikal.org-un metbuat.az-a istinadən məlumatına görə, onun baş hissəsindəki dərinin soyulduğu, sağ qulağının qoparıldığı və bədənindəki bütün qanın axıdıldığı qeyd olunub. 30 yaşlı modelin baş nahiyyəsində zərbə izləri də aşkarlanıb.
Hadisəylə bağlı onun 36 yaşlı sevgilisi və həmçinin uşağının atası kanadalı Bleyk Leybel nəzarətə götürülüb. Hələlik hər iki şəxs ittihamları rədd edir.