Müğənni Gülben Ergen hava limanında jurnalistlərə hücum edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, son günlər adı xoş olmayan söz-söhbətlərdə hallanan ifaçını media nümayəndələrinin sualları özündən çıxarıb.

Gülben müğənni Yeşim Salkım və Seren Serengil haqda sual verən jurnalistlərə hücum edərək onların mikrofonlarını itələyib.

Xatırlayaq ki, Ergen vaxtilə Yeşim Salkımın keçmiş əri Hakan Uzanla eşq yaşayıb. Seren Serengil isə Gülben haqda açıqlama verərkən bildirib ki, Ergen onun sevdiyi şəxsi əlindən alıb.