Rusiyanın "Qazprom şirkətinin Direktorlar Şurası Azərbaycanda nümayəndəliyin açılması məsələsini müzakirə edəcək.

Unikal.org-un trend-ə itinadən məlumatına görə, bu məsələ oktyabrın 2-də keçiriləcək iclasın gündəliyində yer alıb.

Direktorlar Şurasının iclası qiyabi səsvermə formasında keçiriləcək.

Azərbaycanda nümayəndəliyin açılması məsələsindən əlavə, iclasda "Qazpromun satınalma fəaliyyətinin rüblük yekunları da müzakirə olunacaq.