Oktyabrın 12-də Heydər Əliyev Sarayında "Ulduzların dueti adlı konsert proqramı keçiriləcək.

Sarayın mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, konsertdə Respublikanın Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Heydər Anatollu, Əməkdar artistlər Teymur Əmrah, Lalə Məmmədova, Almaz Orucova, Almaz Ələsgərova, Təyyar Bayramov, Zakir Əliyev, İlahə Əfəndiyeva, müğənnilər Rəşad İlyasov, Elton Hüseynəliyev, Sevda Yəhyayeva, Aynur İsgəndərli, Nicat Cəfərzadə, Nadir Qafarzadə, Günay İmamverdiyeva, Sərxan Bünyadzadə, Ayşən Mehdiyeva, Kamilə Nəbiyeva, Zabitə Alıyeva, Ayaz Qasımov, Mirələm Mirələmov, Arzu Rzayev və başqaları iştirak edəcəklər.

Qeyd edək ki, saat 19:00 -da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir.