Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun bacısı, 66 saylı "Tərəqqi liseyinin direktoru Məhbubə Məmmədova işdən azad olunub.

Unikal.org xəbər verir ki, "qafqazinfo nun əldə etdiyi məlumata görə, o başqa işə keçməsi ilə əlaqədar işdən çıxarılması üçün ərizəni Təhsil Nazirliyinə təqdim edib. Nazirlik ərizəyə baxaraq onun işdən çıxarılması barədə əmr imzalayıb.

Qeyd edək ki, M. Məmmədova barəsində mətbuatda dəfələrlə neqativ informasiylar yazılmışdı. O əsasən məktəblilərdən rüşvət almaqda ittiham olunub.

12:24

Bidirək ki, bu yaxınlarda Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi Xidməti tərəfindən liseydə araşdırma aparılıb.

66 saylı "Tərəqqi liseyindən unikal.org-a bildirilib ki, hələlik Məhbubə Məmmədovanın yerinə təyinat yoxdur. 

Məsələ ilə bağlı Unikal.org-a danışan Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, M. Məmmədova öz ərizəsi ilə işdən çıxıb. "Rəsmi direktor təyinatı isə hələlik yoxdur ".