"Saytlara göz gəzdirdim, bəzi müğənnilərin ATV rəhbərliyinə qarşı necə ədalətsiz və qərəzli yazılarını gördüm.
Unikal.org-un məlumatına görə, bu sözləri müğənni Elton Hüseynəliyev sosial şəbəkədə yazaraq ATV-nin keçmiş rəhbəri Vüqar Qaradağlını müdafiə edib:
"Birincisi, ATV rəhbərliyi kiməsə harasa gedib oxumağa ağız açmır. Bu yaltaq jestə bəzi müğənnilər özləri can atıblar. Hətta bundan öncə olan rəhbərliyin vaxtında bu hal lap biabırçılıq idi. ATV bu neçə ildə həqiqətən gözəl verilişlər, savadlı musiqilər və yeniliklər olsun deyə çox zəhmət çəkdi. "Fort Boyard yarışmasından tutmuş "Nanəli verilişinə kimi bir-birindən maraqlı layihələr həyata keçdi.
Şəxsən mənə heç vaxt "Get haradasa pulsuz oxu və ya verilişə gəl pul ver sözü deyilməyib. Yadımdadır, bir iclas olmuşdu. Mən orada olmasam da işçilərdən eşitmişdim ki, Rauf müəllim deyib, kimliyindən asılı olmayaraq səsi istedadı olmayanlar efirə buraxılmasın. Get-gedə samballı ifaçılar və verilişlər çoxalsın.
Efirə pul verməyin təməlini də elə müğənnilər qoyub. Bu hal isə ATV-də lap az rast gəlinirdi. Demək istədiyim odur ki, insaf və vicdanınız olsun. Nəsə içinizdə kin var idisə, bunu əvvəl deyərdiniz. Yıxılana balta vurmaq namərd işidir. Şəxsən Vüqar qaradağlıya və Rauf müəllimə can sağlığı arzulayıram. Onlar işinin peşəkarı və gözəl insanlar idi.
Həyatdır da, hər bir idarə və müəssisədə səhv ola bilər. Bir nəfərin səhvi hamıya şamil edilməməlidir.
Qeyd edək ki, V.Qaradağlı bir neçə gün əvvəl ATV-dəki vəzifəsindən uzaqlaşdırılıb. Bundan sonra bir çox müğənnilər sosial şəbəkədə status yazaraq, rəhbərliyin onlara efir qadağası qoymasından şikayətlənib.