ANS televiziyasının tanınmış aparıcısı Rəşad Abbasov İnterAz televiziyasında baş redaktoru vəzifəsinə gətirilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Xəbərlər departamentinin Baş redaktoru Kəmalə Əliisgəndərqızı isə bu vəzifəsindən kənarlaşdırılıb.
Bununla belə, kanalda bir sıra verilşlər bağlanıb və bəzi əməkdaşlar işdən kənarlaşdırılıb.
K. Əliisgəndər qızı yayılan məlumatlara münasibət bildirib. O, Unikal.org-a açıqlamasında işdən çıxarılmadığını və öz istəyi ilə kanaldan getdiyini deyib: "Məni heç kim tutduğum baş redaktor vəzifəsindən çıxarmayıb. Kanalı tərk etməyim öz istəyimlə baş verib. Ərizəmi yazdım və tutduğum vəzifəni tərk etdim."
İnterAz rəhbərinin bu addımı atmasının səbəbi hələki bilinmir.