Ötən gün "Xəzər" televiziyasında yayımlanan "5/5" verilişində Zaur Kamalın qonaqlarından biri müğənni Nadir Qafarzadə olub.

Unikal.org xəbər verir ki, verilişin gedişatında aparıcının gözlənilməz sualı ilə qarşı-qarşıya qalan Nadir verdiyi cavabla hər kəsi heyrətləndirib.

Belə ki, Zaur Kamalın Nadirə verdiyi "Nadir, imkan versələr ki, bir nəfərə şillə vurasan, kimə şillə vurardın?" sualına müğənni "Çox istədiyim insana vuraram da. Sənə vurardım. Nə var ki burada?" cavabını verib.

Nadirin bu cavabını gözləmədiyi hiss edilən Zaur "Gəl vur şilləni" deyərək nə qədər inad etsə də, müğənni "Yox indi vurmaram. Səbəb yoxdur axı vurum" cavabı ilə məsələnin uzanmağına şərait yaratmayıb.