"Azərbaycan Dəmir Yolları QSC-də "Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər planına əsasən işlər həyata keçirilir.
"Azərbaycan Dəmir Yolları QSC İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın unikal.org-a verdiyi məlumata görə, tədbirlər planına əsasən, Sərnişindaşımaları Departamentinin kollektivi qış mövsümündə sərnişinlərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etmək məqsədilə bütün qüvvələri səfərbər edib.
"Vağzallarda, inzibati binalarda, təmir sexlərində dam örtüklərinə, qapı və pəncərələrə baxış keçirilir, istilik sistemləri yoxlanılır, ehtiyac olan yerlərdə təmir işləri aparılır. Sərnişin təsərrüfatında çalışan işçilərin xüsusi geyim və ayaqqabı ilə təmin edilməsi həyata keçirilir. Beynəlxalq istiqamətdə, ölkə daxilində hərəkət edən sərnişin qatarlarında, eləcə də elektrik qatarlarında istilik sistemləri vəziyyəti yoxlanılır, çatışmazlıqlar aradan qaldırılır. Görülən işlər sərnişin qatarlarında xidmət mədəniyyəti səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb, - deyə məlumatda vurğulanıb.