Dünyanın ən yaraşıqlı məhbusu sayılan model Ceremi Miks sevgilisi Xloe Qrinlə qırmızı xalıda görüntülənib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu vaxta kimi yalnız paparazzilərə tuş gələn cütlük ilk dəfə birlikdə kameralara poz verib. Xatırladaq ki, "Top Shop" mağazalarının varisi ilə münasibətdə olan Cereminin əvvəlki nikahından 3 övladı var. Miks məhbus həyatı yaşayarkən şəkilləri sosial şəbəkədə yayılmış, bundan sonra məşhurlaşaraq model fəaliyyətinə başlamışdı.(axsam.az)