Məşhur Fransa aktyoru Alen Delon əməliyyat olunub.
Uniklal.org-un
məlumatına görə, bu barədə "Le Parisien qəzeti aktyorun qızına istinadən xəbər verib.
Məlumata əsasən, A.Delon ayağında qan dövranı ilə bağlı problemə görə Paris xəstəxanalarının birində əməliyyat olunub.

Qeyd edək ki, Alen Delon bu ilin mayında kino karyerasını başa vuracağını bəyan edib.