Ötən gün Xəzər TV-də yayımlanan "5 də 5" verilişinin qonağı müğənni Təranə Qumral və Musa Musayev olub.

Unikal.org goldnews.az-a istinadən xəbər verir ki, verilişdə müğənni cütlük ilə aparıcı arasında maraqlı dialoq yaşanıb.

"Musa məllim son vaxtlar atəşlə yaman oynayır", -deyən aparıcıya Təranə Qumralın cavabı gecikməyib.

"Sən yenə başlamısan iynəli sözlər deməyə. Sən bilirsən ki, burda bir iynə vuran var, o da mənəm".

Zaur Kamal cavabında, "Sən ancaq iynəni Musaya vura bilərsən, xəstələnəndə".