Əməkdar artist Məryəm Zamanova (Süleymanova) Azərbaycanı tərk edib.
Unikal.org axşam.az-a istinadən xəbər verir ki, rəqqasə Moskvaya həyat yoldaşının yanına köçüb. M.Zamanova deyib ki, ən az 1 il Bakıya qayıtmayacaq:
"Hələ ki işləmirəm. Amma ola bilsin yaxın günlərdə Moskvada rəqs məktəbi açım və Azərbaycan Milli Rəqsini təbliğ edim".
Qeyd edək ki, rəqqasə 8 ildir ailəlidir və 6 yaşlı Aylin adlı qız övladı var.