Xəbər verdiyimiz kimi, iki gün əvvəl "Kurtlar Vadisi Vatan filminin qala gecəsi keçirilib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qala gecəsində filmin baş rol ifaçısı Necati Şaşmaz, rejissor Serdar Akar, mahnıların müəllifi Gökhan Kırdar, aktyorlardan Sinem Uslu, Cahit Kayaoğlu, Erhan Ufak, Nezih Işıtan, Ertuğrul Şakar, Yücel Erten ve Zümre Ertürk və başqaları iştirak edib.
Qala gecəsinə həyat yoldaşı Nagahan Şaşmazla təşrif buyuran Necati Şaşmaz film haqqında bunları deyib: "Kurtlar Vadisi Vatan" filmiylə yenidən tamaşaçıların görüşünə gəldik. Allah utandırmasın, filmin bəxti açıq olsun. Ümid edirəm ki, hər kəsin bəyəndiyi film olacaq. Həm tərif, həm də tənqidlərə hazırıq. "Hər şey vətən üçün! devizimiz olsun!.

Qala gecəsində Necati Şaşmaz xanım tərəfdarları Polad Ələmdar deyərək qışqırır və coşqu ilə qarşılanıb.
Filmin Azərbaycanda da təqdimatı gözlənilir.