Bu gecə saat 04 radələrində Zaqatala rayonunun Sumaylı kənd sakini 1968-ci il təvəllüdlü Rövşən Şamil oğlu Qurbanov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, 49 yaşlı Rövşən Qurbanov müayinə vaxtı verdiyi ifadəsində bildirib ki, kəndin inzibati ərazisində çöl sahəsində ocaq yandıran zaman ehtiyatsızlıqdan yanıb.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rövşən Qurbanova döş qəfəsinin, kürəyin, yuxarı ətrafların və aşağı sağ aralığın 3 dərəcəli termiki yanıq xəsarəti dioqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.