Tovuz rayonunda 25 yaşlı qız dəm qazından zəhərlənib.

Unikal.org  Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Hüseynova Şöhrət Tofiq qızı yaşadığı evdə hamamda dəm qazından zəhərlənib.

Ş.Hüseynova təcili Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.