"Yaprak dökümü" serialı ilə daha da məşhurlaşan türkiyəli aktyor Halil Ergünün sağlamlığında ciddi problem yaranıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Asmalımescitdə fotokameralara tuş gələn 71 yaşlı məşhurun yeriməkdə çətinlik çəkdiyi məlum olub.
Bu haqda jurnalistlərə danışan akyor "Daha içki içmirəm. Çəkimə görə yeriməkdə çətinlik çəkirəm. Qida rejimimə də diqqət yetirirəm. Çəkim 100 kiloqramı keçib, daha sağlam olmaq istəyirəm", - deyə vurğulayıb.